main-post-cover

    OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığının keyfiyyətli render fotoları təqdim edilib

    Cihazlar+
    09.07.2024
    Emil Nəcəfov
         OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə təqdimata hazırlaşan OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığının keyfiyyətli fotolarını təqdim edib. Təqdim edilmiş fotolara ıəsasən OnePlus şirkətinin bu yeni naqilsiz qulaqlığı bazara minimum iki gövdə rəngində satışa çıxacaq. Nanə və qara. Qulaqlıqların başlıqları vakuum konstruksiyasına sahib olacaqlar. Ümumilikdə qulaqlıqlar xarici görünüşcə Apple AirPods Pro-nu xatırladırlar. Onlar üçün nəzərdə tutulmuş şarj keysi isə oval formalı olacaq. OnePlus Nord Buds 3 Pro-nun imkanları barəsində məlumat yoxdur. Sadəcə güman etmək olar ki, qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasını əldə edəcəklər və bir dəfə şarj olunandan sonra 25-30 saat ərzində çalışa biləcəklər. Qeyd etmək lazımdır ki, OnePlus Nord Buds 3 Pro 16 iyul tarixində OnePlus Nord 4 smartfonu ilə birlikdə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus və OPPO birgə orta büdcəli smartfonlar üçün 7000 mAh-lıq batareya üzərində çalışırlar
    oneplus-ve-oppo-birge-orta-budceli-smartfonlar-ucun-7000-mah-liq-batareya-uzerinde-calisirlar
    Təqdimata hazırlaşan OnePlus Pad 2 planşetinin texniki imkanları açıqlanıb
    teqdimata-hazirlasan-oneplus-pad-2-plansetinin-texniki-imkanlari-aciqlanib
    OnePlus Nord 4-ün detallı texniki özəllikləri təqdim edilib
    oneplus-nord-4-un-detalli-texniki-oze
    OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar
    oneplus-ve-oppo-6000-mah-dan-daha-boyuk-hecmli-batareyalara-sahib-smartfonlar-uzerinde-calisirlar
    Təqdimata hazırlaşan OnePlus Nord 4-ün ilk rəsmi fotosu təqdim edilib
    teqdimata-hazirlasan-oneplus-nord-4-un-ilk-resmi-fotosu-teqdim-edilib