main-post-cover

    OnePlus Nord CE4 Lite smartfonunun real fotosu ortaya çıxıb

    Cihazlar+
    14.06.2024
    Emil Nəcəfov
         Biz artıq dəfələrlə məlumat vermişik ki, OnePlus şirkəti OnePlus Nord CE4 Lite smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə internetdə sözügedən smartfonun real fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotodan da görmək olar ki, OnePlus Nord CE4 Lite smartfonu yastı gövdəni əldə edib. Fotoda gövdə gümüşü rəngə sahibdir. Üstəlik arxa paneldə oval formalı kamera sahəsi yerləşir və onun daxilində iki ədəd obyektiv ilə LED işıqlandırma mövcuddur. Son məlumat sızıntılarına əsasən OnePlus Nord CE4 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək və Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun 50 MP + 2 MP ikili arxa kameraya və 80 vatt gücündə sürətli şarj tenxologiyalı 5500 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. OnePlus Nord CE4 Lite artıq gələn ay təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 13-ün arxa kameralarının hansı kamera sensorlarından təşkil olunacaqları məlum olub
    oneplus-13-un-arxa-kameralarinin-hansi-kamera-sensorlarindan-teskil-olunacaqlari-melum-olub
    OnePlus 13-ün texniki göstəriciləri barəsində yeni təfərrüatlar təqdim edilib
    oneplus-13-un-texniki-gostericileri-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    OnePlus Pad 2 planşeti Geekbench testlərindən keçib
    oneplus-pad-2-planseti-geekbench-testlerinden-kecib
    Qatlana bilən OnePlus Open 2 smartfonu barəsində ilk məlumatlar verilib
    qatlana-bilen-oneplus-open-2-smartfonu-baresinde-ilk-melumatlar-verilib
    Məşhur insayder OnePlus 13 barəsində yeni məlumatlar verib
    meshur-insayder-oneplus-13-baresinde-yeni-melumatlar-verib