main-post-cover

    OnePlus Nord CE4 Lite təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.06.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti daha öncə də söz vermiş olduğu kimi özünün Nord seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, OnePlus Nord CE4 Lite smartfonundan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OnePlus Nord CE4 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir. OnePlus Nord CE4 Lite Snapdragon 695 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə OnePlus Nord CE4 Lite 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. OnePlus Nord CE4 Lite 1 iyul tarixində satışa çıxacaq və onun qiyməti 329 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan OnePlus Pad Pro planşetinin xarici görünüşü sərgilənib
    teqdimata-hazirlasan-oneplus-pad-pro-plansetinin-xarici-gorunusu-sergilenib
    OnePlus Ace 3 Pro-nun təqdimatı anons edilib
    oneplus-ace-3-pro-nun-teqdimati-anons-edilib
    OnePlus Nord CE4 Lite 5G smartfonunun təqdimatı anons edilib
    oneplus-nord-ce4-lite-5g-smartfonunun-teqdimati-anons-edilib
    OnePlus Nord CE4 Lite smartfonunun nə zaman təqdim olunacağı sızdırılıb
    oneplus-nord-ce4-lite-smartfonunun-ne-zaman-teqdim-olunacagi-sizdirilib
    OnePlus Ace 3 Pro olduqca böyük həcmli batareyanı əldə edəcək
    oneplus-ace-3-pro-olduqca-boyuk-hecmli-batareyani-elde-edecek