Logo
    main-post-cover

    OnePlus Nord  CE4 təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.04.2024
    Emil
         OnePlus şirkəti özünün Nord seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, OnePlus Nord  CE4-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə OnePlus Nord CE4 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Onda kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi yoxdur.
         Lakin ola bilər ki, bəzi regionlarda smartfon NFC-ni əldə etsin. OnePlus Nord CE4 smartfonu Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128/256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyaya sahibdir. OnePlus Nord CE4 qutudan Android 14 vasitəsilə çalışır. Smartfon yaxın zamanda satışa çıxacaq. 128 GB yaddaşa sahib versiya 300$-a, 256 GB yaddaşa sahib versiya isə 323$-a satılacaq.
    Paylaş