main-post-cover

    OnePlus Nord N30 SE adlı yeni smartfon təqdimata hazırlaşır

    Cihazlar+
    01.11.2023
    Emil Nəcəfov
         OnePlus pərəstişkarları hal hazırda OnePlus 12 flaqman smartfonunun təqdimatını gözləyirlər. Lakin şirkət OnePlus 12 ilə yanaşı digər smartfonlar üzərində də çalışır. Onlardan biri də OnePlus Nord N30 SE olmalıdır. Belə ki, bu yeni smartfon TDRA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Məlumatlar bazası sayəsində məlum olub ki, OnePlus Nord N30 SE smartfonu CPH2605 model nömrəsinə sahibdir.
         Maraqlısı ondadır ki, ABŞ-da satılan OnePlus Nord N30 modeli və Avropada satılan OnePlus Nord CE 3 Lite modeli də bu model nömrəsinə sahibdirlər. Görünür, OnePlus Nord N30 SE smartfonu adları sadalanmış smartfonların kopyası olacaq. Bəzi məlumatlara əsasən OnePlus Nord N30 SE smartfonu 6.72 düym ekran, Snapdragon 695 prosessoru, əsas kamerası 108 MP-lik olacaq üçlü arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 12 smartfonu Geekbench testlərindən keçib
    oneplus-12-smartfonu-geekbench-testlerinden-kecib
    OnePlus 12R smartfonu OnePlus 11R-dən nə ilə fərqlənəcək?
    oneplus-12r-smartfonu-oneplus-11r-den-ne-ile-ferqlenecek
    OnePlus 12 smartfonu AnTuTu testindən keçib
    oneplus-12-smartfonu-antutu-testinden-kecib
    OnePlus 12 barəsində ilk rəsmi məlumat təqdim edilib
    oneplus-12-baresinde-ilk-resmi-melumat-teqdim-edilib
    Qatlana bilən OnePlus Open təqdim edilib - QİYMƏTİ
    qatlana-bilen-oneplus-open-teqdim-edilib-qiymeti