
OnePlus orta seqmentə daxil olacaq yeni planşet üzərində çalışır
Cihazlar+
05.12.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu yeni məlumata əsasən OnePlus şirkəti hal-hazırda yeni planşeti üzərində çalışır və hazırlanan planşet orta seqment cihazlara daxil olacaq. İnsayder şirkətin yeni planşetinin əsas texniki imkanlarını da açıqlayıb. Beləliklə məlumatda qeyd edilib ki, OnePlus-ın yeni planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2800x2000 piksel keyfiyyətli 11.6 düym ölçülü ekranla təchiz olunacaq.
Planşet MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışacaq və özündə 8 MP-lik arxa kamera ilə 8 MP-lik ön kameranı birləşdirəcək. Batareyaya gəldikdə isə planşet 67 vatt gücündə sürətli şarj texnologiyalı 9520 mAh enerji tutumlu batareyanı əldə edəcək. Heç istisna deyil ki, bu planşet artıq təqdim edilmiş OPPO Pad 3 planşetinin rebrendinq olunmuş versiyasıdır. OnePlus-ın yeni planşetinin nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
