Logo
    main-post-cover

    OnePlus öz smartfonlarını 7 illik dəstək müddəti ilə təmin etmək niyyətində deyil

    Cihazlar+
    08.02.2024
    Emil
         Google Samsung şirkətləri öz smartfonlarının dəstəklənmə müddətləri mövzusunda yeni trendə imza atdılar. Belə ki, Google öz Pixel 8 smartfonlarının, Samsung isə öz Galaxy S24 smartfonlarının dəstək müddətlərini 7 ilədək uzatdı. Lakin digər şirkətlər də bu trendə qoşulacaqlarmı? Hər halda OnePlus şirkətinin bu trendə qoşulmayacağı dəqiqdir. Şirkət nümayəndələrinin fikirlərinə əsasən bu mənasızdır. OnePlus şirkətinin prezidenti Kinder Liu yeni müsahibələrindən birində smartfondan istifadəni sendviç ilə müqayisə edib.
         “Proqram təminatı yenilənməsinin uzun müddət ərzində dəstəklənməsi siyasətinin heç bir mənası yoxdur. İstifadəçi üçün proqram təminatı yenilənməsi siyasəti ilə yanaşı smartfondan istifadə rahatlığı da önəmlidir. Təsəvvür edin ki, sizin smartfonunuz sendviçdir. Bəzi istehsalçılar bəyan edirlər ki, onların sendviçlərinin içlikləri (proqram təminatı) hətta 7 ildən sonra da öz əvvəlki dadlarını qoruyub saxlayacaqlar. Lakin onlar qeyd etmirlər ki, onların sendviçlərinin çörəkləri (istifadəçi təcrübəsi) artıq 4 ildən sonra kiflənə bilər” - deyə OnePlus prezidenti qeyd edib. Beləliklə OnePlus öz smartfonlarında proqram təminatı dəstəyinin müddətini uzatmaq niyyətində deyil. Məsələn şirkət öz qatlana bilən OnePlus Open smartfonunda və OnePlus 12-də 4 il ərzində Android və 5 il ərzində təhlükəsizlik yenilənmələrini təklif edir.
    Paylaş