main-post-cover

    OnePlus öz yeni cihazlarının təqdimat tədbirini anons edib

    Cihazlar+
    03.07.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti yeni təqdimat tədbirini anons edib. Şirkətin anonsuna əsasən növbəti təqdimat tədbiri 16 iyul tarixində Hindistanda baş tutacaq. Qeyd etmək lazımdır ki, sözügedən tədbirdə şirkət özünün Nord seriyasının yeni smartfonunu təqdim edəcək. Söhbət, OnePlus Nord 4-dən gedir. Bu smartfon hələ mart ayında Çində təqdim edilmiş OnePlus Ace 3V smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır. Buna görə də OnePlus Nord 4-ün 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranla təchiz olunacağı, Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Tədbirdə OnePlus Nord 4 smartfonundan başqa həmçinin OnePlus Watch 2R smart saatı və OnePlus Buds 3 Pro naqilsiz qulaqlığı da təqdim edilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Watch 2 smart saatı təqdim edilib - QİYMƏTİ
    oneplus-watch-2-smart-saati-teqdim-edilib-qiymeti
    OnePlus Pad Pro planşeti təqdim edilib - QİYMƏTİ
    oneplus-pad-pro-planseti-teqdim-edilib-qiymeti
    OnePlus Ace 3 Pro flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    oneplus-ace-3-pro-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    OnePlus Nord CE4 Lite təqdim edilib - QİYMƏTİ
    oneplus-nord-ce4-lite-teqdim-edilib-qiymeti
    Təqdimata hazırlaşan OnePlus Pad Pro planşetinin xarici görünüşü sərgilənib
    teqdimata-hazirlasan-oneplus-pad-pro-plansetinin-xarici-gorunusu-sergilenib