Logo
    main-post-cover

    OnePlus Pad 2 planşeti Geekbench testlərindən keçib

    Cihazlar+
    04.06.2024
    Emil
         OnePlus şirkəti keçən il OnePlus Pad adlı ilk planşetini təqdim etmişdi. İndi isə şirkət onun davamçısı olacaq OnePlus Pad 2 adlı növbəti planşeti üzərində çalışır. Məlum olub ki, hazırlanan yeni planşet Geekbench testlərindən keçib. Bunun sayəsində OnePlus Pad 2 planşeti barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən OnePlus-ın yeni planşeti OPD2404 model nömrəsinə sahibdir. Geekbench sayəsində məlum olub ki, OnePlus Pad 2 planşeti Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
         Geekbench testlərindən planşetin 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik məlum olub ki, bu planşet qutudan Android 14-ü əldə edəcək. Beləliklə OnePlus Pad 2 planşeti Geekbench-in bir nüvəli testi çərçivəsində 2103 xal, çox nüvəli testi çərçivəsində isə 6297 xal toplayıb. Planşet barəsində digər bir məlumat yoxdur. Lakin güman olunur ki, o, 144 Hz-lik təsvir yenilənməsinə sahib 3000x2120 piksel keyfiyyətli 12.1 düym ölçülü LCD ekranı əldə edəcək və özündə 67 vatt gücündə sürətli şarj texnologiyalı 9510 mAh enerji tutumlu batareyanı birləşdirəcək. OnePlus Pad 2-nin bu ilin ikinci yarısında təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər