
OnePlus Pad 2 planşetinin əsas texniki imkanları açıqlanıb
OnePlus şirkəti keçən il öz ilk planşeti olan OnePlus Pad-i təqdim etmişdi. Artıq məlumdur ki, şirkət növbəti planşeti üzərində çalışır. Söhbət, OnePlus Pad 2-dən gedir. İndi isə insayderlər hazırlanan bu planşetin əsas texniki imkanlarını açıqlayıblar. Beləliklə insayderlərin sözlərinə əsasən OnePlus Pad 2 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli IPS ekranı əldə edəcək. Planşet Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
Bu prosessor isə planşeti artıq flaqman səviyyəsinə yüksəldir. Bununla yanaşı məlumatda qeyd edilib ki, planşet özündə 16 GB-a kimi RAM-ı və 512 GB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. Batareyaya gəldikdə isə OnePlus Pad 2 planşeti 9500 mAh enerji tutumlu batareyanı əldə edəcək. İnsayderlər OnePlus Pad 2-nin nə zaman təqdim olunacağı barəsində məlumat verməyiblər. Lakin çox güman ki, planşet bu ilin ikinci yarısında təqdim olunacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...