
OnePlus Pad 2 planşetinin hansı prosessoru əldə edəcəyi açıqlanıb
Cihazlar+
17.04.2024
Farid
OnePlus şirkətinin bu il təqdim edəcəyi yeni planşeti barəsində məlumatlar ortaya çıxmağa davam edir. Söhbət, OnePlus Pad 2-dən gedir. Bu dəfə insayderlər sözügedən yeni planşetin hansı prosessor vasitəsilə çalışacağını açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən OnePlus Pad 2 planşeti Snapdragon 8 Gen 3 flaqman prosessorunu əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan OnePlus Pad planşeti MediaTek Dimensity 9000 prosessoru vasitəsilə çalışır. OnePlus Pad 2 barəsində digər bir məlumat hələ yoxdur. Planşetin bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
