
OnePlus Pad 2 planşetinin nə zaman təqdim edilə biləcəyi açıqlanıb
Cihazlar+
15.04.2024
Farid
OnePlus şirkəti keçən ilin sentyabr ayında OnePlus Pad planşetini təqdim etmişdi. Keçən ay isə məlum oldu ki, şirkət artıq OnePlus Pad 2 planşeti üzərində çalışır. İndi isə insayderlər OnePlus Pad 2-nin nə zaman təqdim olunacağını açıqlayıblar. Onların sözlərinə əsasən sözügedən planşeti yaxın zamanda gözləmək lazım deyil. Məlumata əsasən əgər hər şey yolunda getsə OnePlus Pad 2 bu ilin ikinci yarısında təqdim olunacaq. Təəssüflər olsun ki, OnePlus Pad 2-nin texniki imkanları barəsində ətraflı məlumat yoxdur. Sadəcə güman etmək olar ki, planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib minimum 10 düym ölçülü ekranı və 10 000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Planşetin ya Qualcomm ya da MediaTek prosessoru vasitəsilə çalışacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
