
OnePlus Pad 2 Pro flaqman planşeti Geekbench testlərindən keçib
Cihazlar+
18.04.2025
Emil
OnePlus şirkəti öz yeni yüksək performanslı planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad 2 Pro-dan gedir. İndi isə məlum olub ki, sözügedən planşet Geekbench testlərindən keçib. Bunun sayəsində planşet barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən OnePlus Pad 2 Pro-nun prosessoru özündə 4.32 GHz tezlikdə çalışan 2 ədəd yüksək performanslı nüvəni və 3.53 GHz tezlikdə çalışan 6 ədəd enerji effektivliyi nüvəsini birləşdirir.

Bu isə öz növbəsində Snapdragon 8 Elite prosessoruna işarə edir. Geekbench testlərindən planşetin 16 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı məlum olub ki, planşet qutudan Android 15-i əldə edəcək. Beləliklə OnePlus Pad 2 Pro planşeti Geekbench-in birnüvəli testi çərçivəsində 3091 xal, çoxnüvəli testi çərçivəsində isə 9638 xal toplayıb. Daha əvvəlki məlumat sızıntılarına inansaq, OnePlus-ın bu yenin planşeti 3.4K keyfiyyətli 13.2 düym ölçülü LCD ekranla təchiz olunacaq və özündə 80 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Mənbə: Xpertpick
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
