
OnePlus Pad 2 Pro planşeti barəsində məlumatlae verilib
Cihazlar+
12.03.2025
Emil
OnePlus şirkəti keçən ilin ikinci yarısında OnePlus Pad Pro planşetini təqdim etmişdi. İndi isə şirkət OnePlus Pad 2 Pro planşeti üzərində çalışır. Bu barədə məlumatı Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib. İnsayder üstəlik həmçinin planşetin bəzi texniki imkanlarını da açıqlayıb. Beləliklə insayderin sözlərinə inansaq, hazırlanan OnePlus Pad 2 Pro planşeti 3.4K keyfiyyətli 13.2 düym ölçülü LCD ekranla təchiz olunacaq.

Məlumatda qeyd edilib ki, planşet Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və 16 GB-a kimi RAM yaddaşını və 1 TB-a kimi daxili yaddaş həcmini əldə edəcək. Prosessordan da görmək olar ki, sözügedən yeni planşet flaqman olacaq. Planşet özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirəcək. Bununla yanaşı insayder əlavə edib ki, planşet 67 vatt və ya 80 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. OnePlus Pad 2 Pro-nun yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
Mənbə: Notebookcheck
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
