Logo
    main-post-cover

    OnePlus Pad 3 planşetinin təqdimatı anons edilib

    Cihazlar+
    20.05.2025
    Emil
         OnePlus şirkəti qlobal bazarda yeni planşetinin təqdimatını anons edib. Söhbət, OnePlus Pad 3-dən gedir. Şirkətin rəsmi posterinə əsasən bu yeni planşet 5 iyun tarixində təqdim olunacaq. Təqdim olunmuş posterdə sözügedən planşetin dizaynı da əks olunub. Posterdən də görmək olar ki, bu planşet xarici görünüşcə 13 may tarixində Çində təqdim olunmuş OnePlus Pad 2 Pro-ya bənzəyir. Çox güman ki, təqdim ediləcək OnePlus Pad 3 planşeti Çində təqdim olunmuş OnePlus Pad 2 Pro-nun qlobal bazar üçün rebrendinq edilmiş versiyası olacaq. Burdan da belə qənaətə gəlmək olar ki, OnePlus Pad 3-ün texniki imkanları da çox güman ki, OnePlus Pad 2 Pro-nun texniki imkanlarına bənzəyəcək.
    Paylaş