
OnePlus şirkəti artıq OnePlus Pad 2 planşeti üzərində çalışır
Cihazlar+
07.03.2024
Emil
OnePlus şirkəti keçən il öz ilk planşeti OnePlus Pad-ı təqdim etmişdi. İndi isə insayderlər bildiriblər ki, şirkət növbəti planşeti üzərində çalışır. Söhbət, OnePlus Pad 2-dən gedir. İnsayderlər OnePlus Pad 2-nin texniki imkanları barəsində məlumat verməyiblər. Sadəcə olaraq güman etmək olar ki, sözügedən yeni planşet ya 11 düym ya da 11 düym-dən bir qədər böyük ölçülü ekranı əldə edəcək, MediaTek prosessoru vasitəsilə çalışacaq və çox güman ki, 10 000 mAh enerji tutumlu batareyaya sahib olacaq. OnePlus Pad 2-nin nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
