
OnePlus şirkəti OnePlus Ace 3 Pro üzərində çalışır
Cihazlar+
12.02.2024
Emil
OnePlus şirkəti keçən ayın əvvəlində OnePlus Ace 3 smartfonunu təqdim etdi. İndi isə insayderlər bildiriblər ki, şirkət OnePlus Ace 3-ün daha təkmilləşdirilmiş versiyası üzərində çalışır. Söhbət, OnePlus Ace 3 Pro-dan gedir. İnsayderlərin sözlərinə əsasən OnePlus Ace 3 Pro smartfonu kənarları əyilmiş dizayna sahib ekranı əldə edəcək və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfonun ən üst səviyyəli versiyası 24 GB RAM və 1 TB daxili yaddaş həcmi ilə təchiz olunacaq. OnePlus Ace 3 Pro-nun nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
