Logo
    main-post-cover

    OnePlus şirkəti OnePlus Ace 3V smartfonu üzərində çalışır

    Cihazlar+
    22.12.2023
    Emil
         OnePlus şirkəti hal-hazırda OnePlus 12 qlobal versiyasını və OnePlus Ace 3-ün qlobal versiyası olacaq OnePlus 12R-in təqdimatına hazırlaşır. Məlum olub ki, şirkət OnePlus Ace seriyasının daha bir smartfonunu hazırlayır. Söhbət, OnePlus Ace 3V-dən gedir. İnsayderlərin sözlərinə əsasən OnePlus Ace 3V smartfonu 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, sözügedən prosessor 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb. OnePlus Ace 3V barəsində digər məlumat hələ yoxdur. Çox güman ki, bu smartfon 2024-cü ilin birinci yarısında təqdim olunacaq.
    Paylaş