Logo
    main-post-cover

    OnePlus şirkəti OnePlus Nord CE 5 və Nord CE 5 Lite smartfonları üzərində çalışır

    Cihazlar+
    14.02.2024
         Bu gün biz xəbər verdik ki, OnePlus şirkəti OnePlus Nord seriyasının yeni smartfonu üzərində çalışır. Söhbət, OnePlus Nord 5-dən gedir. Məlumata əsasən bu smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Lakin sözügedən smartfon OnePlus Nord seriyasında təqdim olunacaq yeganə yeni smartfon olmayacaq. Belə ki, şirkət üstəlik OnePlus Nord CE 5Nord CE 5 Lite smartfonları üzərində çalışır. İnsayderlərin sözlərinə əsasən OnePlus Nord CE 5 modeli Snapdragon 7s Gen 2 prosessoru, Nord CE 5 Lite modeli isə Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq. OnePlus Nord seriyasının bu yeni smartfonları artıq yaxın zamanda təqdim olunmalıdırlar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus şirkəti OnePlus Nord CE 5 və Nord CE 5 Lite smartfonları üzərində çalışır | Technote