
OnePlus şirkəti OnePlus Watch 3 smart saatı üzərində çalışır
Cihazlar+
27.11.2024
Emil
OnePlus şirkəti bu il OnePlus Watch 2 smart saatını və daha sonra onun bir qədər sadələşdirilmiş versiyası olan OnePlus Watch 2R-i təqdim etdi. İndi isə ortaya çıxmış məlumata əsasən şirkət OnePlus Watch 3 smart saatı üzərində çalışır. Ortaya çıxmış məlumata əsasən hazırlanan OnePlus Watch 3 smart saatı qlobal bazarda OnePlus 13R və 13R Pro smartfonlarının təqdimatları ilə birlikdə təqdim olunacaq.
Qeyd etmək lazımdır ki, adları sadalanmış smartfonlar şirkətin gələn ay təqdim edəcəyi OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarının qlobal bazar üçün nəzərdə tutulmuş versiyaları olacaqlar. Burdan da belə qənaətə gəlmək olar ki, OnePlus 13R smartfonları gələn ilin əvvəlində təqdim olunacaqlar. Beləliklə OnePlus Watch 3-ün də təqdimatı məhz gələn ilin əvvəlinə gözlənilir. OnePlus Watch 3-ün texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OnePlus Ace 5 Pro-nun hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə təsdiqlənib
OnePlus şirkəti rəsmi şəkildə elan edib ki, onun təqdim edəcəyi növbəti smartfonlar OnePlus Ace seriyasının smartfonları olacaq. Söhbət, OnePlus Ace 5 və Ace 5 Pro modellərindən gedir.

Cihazlar+
OnePlus qatlana bilən qapaqlı smartfon üzərində çalışır
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OnePlus şirkəti öz ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır.

Cihazlar+
OnePlus Ace seriyasına daxil olacaq kompakt ölçülü smartfon hazırlanır
OnePlus şirkəti özünün OnePlus Ace smartfon seriyasını genişləndirməyə davam edir. Yaxın zamanda şirkətin OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarını təqdim edəcəyi gözlənilir.

Cihazlar+
OnePlus 13R və 13R-in bəzi texniki imkanları açıqlanıb
OnePlus şirkəti yaxın zamanda OnePlus 13R və 13R Pro smartfonlarını təqdim etməlidir. Bəzi məlumatlara əsasən bunlar şirkətin gələn ay təqdim edəcəyi gözlənilən OnePlus Ace 5 və Ace 5 Pro smartfonlarının qlobal versiyaları olacaqlar.

Cihazlar+
OnePlus 13-ün qlobal versiyası barəsində yeni təfərrüatlar ortaya çıxıb
OnePlus şirkəti keçən ayın sonunda Çində OnePlus 13 smartfonunu təqdim etdi. İndi isə şirkət onun qlobal versiyasını təqdim etməyə hazırlaşır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
