
OnePlus Watch 2R smart saatı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
17.07.2024
Emil
OnePlus şirkətinin qlobal bazarda təqdim etmiş olduğu yeni məhsullardan biri də OnePlus Watch 2R smart saatıdır. Bu, bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus Watch 2-nin qlobal bazar üçün nəzərdə tutulmuş versiyasıdır. Beləliklə OnePlus Watch 2R smart saatı 466x466 piksel keyfiyyətli 1.43 düym ölçülü OLED ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir.
Smart saat Qualcomm-un Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 2 GB RAM ilə 32 GB-lıq daxili yaddaş həcmini birləşdirir. Bununla yanaşı smart saatın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smart saat özündə eSIM, NFC və GPS dəstəyini birləşdirir. Smart saat ürək döyüntüsü tezliklərini və qandakı oksigen miqdarını ölçə və istifadəçinin yuxu keyfiyyətini monitorinq edə bilir. Cihaz üstəlik 100-dən çox idman rejimini dəstəkləyir. OnePlus Watch 2R bir dəfə şarj olunandan sonra 100 saata kimi çalışa bilir. Smart saatı artıq satışa çıxıb və onun qiyməti 299$ təşkil edir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
