Logo
    main-post-cover

    OnePlus Watch 3 43 mm ağıllı saatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.07.2025
    Emil
         OnePlus şirkəti bu ilin əvvəlində təqdim edilmiş OnePlus Watch 3 ağıllı saatının yenilənmiş versiyasını təqdim edib. Yneilənmiş versiya OnePlus Watch 3 43 mm adlanır. Bu yeni versiya ilin əvvəlində təqdim edilmiş versiyanın kompakt ölçülü alternatividir. Adından da bəlli olduğu kimi yeni versiyanın gövdə ölçüsü 43 mm təşkil edir. OnePlus Watch 3 43 mm-in gövdəsi paslanmaz poladdan hazırlanıb və IP68 5ATM standartları üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Ağıllı saat 466x466 piksel keyfiyyətli 1.32 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Cihaz Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışır və 2 GB RAM ilə 32 GB daxili yaddaş həcmini əldə edib. Ağıllı saat ikili sistem (Google WearOS və RTOS) əsasında çalışır.
         Bunun sayəsində cihaz adi istifadə rejimində 60 saat, enerjiyə qənaət rejimində isə 7 gün ərzində çalışa bilir. OnePlus Watch 3 43 mm 100-dən çox idman rejimini dəstəkləyir. O, ürək döyüntüləri tezliyini, qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyəti ilə tənəffüs prosesini monitorinq edə bilir. Nəticədə cihaz yuxu keyfiyyətini və tənəffüs parametrlərini təyin edir. Ağıllı saatda həmçinin Bluetooth 5.2, Wi-Fi 6NFC dəstəyi reallaşdırılıb. OnePlus Watch 3 43 mm artıq satışa çıxıb və onun qiyməti 299 avro təşkil edir.
    Paylaş