
OnePlus Watch 3 smart saatının render fotosu və texniki imkanları təqdim edilib
Cihazlar+
20.12.2024
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti OnePlus Watch 3 smart saatı üzərində çalışır. İndi isə Smartprix saytı sözügedən smart saatın ilk render fotosunu və texniki imkanlarını təqdim edib. Təqdim edilmiş render fotodan da görmək olar ki, OnePlus Watch 3 dairəvi gövdəni əldə edəcək və ümumilikdə xarici görünüşcə OnePlus Watch 2-yə bənzəyəcək. Məlumatda qeyd edilib ki, OnePlus-ın bu yeni smart saatı ürək döyüntüləri ritmini ölçə biləcək və özündə elektrokardioqrafiya funksiyasını birləşdirəcək. Gözləntilərə əsasən smart saat Qualcomm Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışacaq və 2 GB RAM ilə 32 GB daxili yaddaş həcmini əldə edəcək. Bununla yanaşı smart saatın 500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
