Logo
    main-post-cover

    OnePlus yeni naqilsiz qulaqlığının təqdimatını anons edib

    Cihazlar+
    27.12.2023
         Artıq məlumdur ki, OnePlus şirkəti 4 yanvar tarixində OnePlus Ace 3 smartfonunu təqdim edəcək. Lakin indi məlum olub ki, həmin tarixdə şirkət təkcə OnePlus Ace 3-ün təqdimatı ilə yetinməyəcək. Belə ki, 4 yanvar tarixində şirkət üstəlik OnePlus Buds 3 naqilsiz qulaqlığını da təqdim edəcək. Şirkət bu barədə məlumatı Çinin Weibo adlı sosial şəbəkəsində paylaşıb. Təqdim edilmiş posterə əsasən OnePlus Buds 3 naqilsiz qulaqlığı xarici görünüşcə OnePlus Buds 2 Pro-ya bənzəyəcək və bazara iki gövdə rəngində satışa çıxacaq. Qara və mavi. Texniki özəlliklərə gəldikdə isə yeni naqilsiz qulaqlıq vakuum konstruksiyaya sahib olmalı və 48 dB-ə (desibel) kimi ətraf səs-küyün aktiv boğulması funksiyasını özündə birləşdirməlidir. Üstəlik qulaqlıqların gövdələri IP55 standartı üzrə sudan qorunma özəlliyini əldə etməlidirlər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OnePlus yeni naqilsiz qulaqlığının təqdimatını anons edib | Technote