
OPPO A3 Pro barəsində bəzi məlumatlar açıqlanıb
Cihazlar+
08.04.2024
Farid
OPPO şirkəti biraz əvvəl OPPO A3 Pro smartfonunun təqdimatını elan etdi. Smartfon 12 aprel tarixində təqdim ediləcək. Digital Chat Station ləqəbli məşhur insayder isə sözügedən smartfonun vacib özəlliklərindən birini açıqlayıb. Məlumata əsasən OPPO A3 Pro orta büdcəli smartfon olacaq. İnsayder bildirib ki, buna baxmayaraq onun gövdəsi IP69 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq.
Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15 Pro Max, Samsung Galaxy S24 Ultra və OPPO Find X7 Ultra kimi flaqman smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Üstəlik insayder əlavə edib ki, OPPO A3 Pro-nun gövdəsi zərbələrə dözümlü olacaq. Qeyd etmək lazımdır ki, bu smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranla təchiz olunacağı və MediaTek Dimensity 7050 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
