
OPPO Find N3 Flip-in qlobal bazarda satılıb-satılmayacağına aydınlıq gətirilib
OPPO şirkəti dünən yeni qatlana bilən qapaqlı OPPO Find N3 Flip smartfonunu təqdim etdi. Smartfon yaxın zamanda Çin bazarında satışa çıxacaq. Lakin OPPO Find N3 Flip-in qlobal bazarda satışa çıxıb-çıxmayacağı məlum deyildi. Ən azından OPPO Find N2 Flip-in qlobal bazarda satıldığını nəzərə alaraq bunun eynilə OPPO Find N3 Flip-lə də baş verəcəyi güman edilirdi. İndi isə bu mövzuda rəsmi məlumat verilib. Beləliklə rəsmi məlumata əsasən OPPO-nun yeni qatlana bilən qapaqlı smartfonu həmçinin qlobal bazarda da satışa çıxacaq. Smartfonun qlobal bazarda nə zaman satışa çıxacağı məlum olmasa da, güman olunur ki, qlobal versiya sentyabr ayında təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər