Qatlana bilən qapaqlı OPPO Find N3 Flip təqdim olunub - QİYMƏTİ
Cihazlar+
29.08.2023
Emil Nəcəfov
Uzun müddət ərzində olmuş məlumat sızıntılarından sonra OPPO şirkəti yeni qatlana bilən qapaqlı smartfonunu təqdim etdi. Söhbət, OPPO Find N3 Flip-dən gedir. Xarici görünüş baxımından yeni smartfon keçən ilki OPPO Find N2 Flip-dən çox az fərqlənsə də OPPO Find N3 Flip-də əsas dəyişiklik kameralar ilə bağlıdır. OPPO Find N3 Flip smartfonu 2 ədəd ekrana sahibdir. Smartfon özündə 60 Hz-lik təsvir yenilənməsinə sahib 720x382 piksel keyfiyyətli 3.26 düym xarici AMOLED ekranı və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2520х1080 piksel keyfiyyətli 6.8 düym daxili AMOLED ekranı birləşdirir.
Xarici ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit, daxili ekranın maksimal parlaqlıq səviyyəsi isə 1600 nit təşkil edir. OPPO-nun verdiyi məlumata əsasən bu yeni smartfon 600 000 dövr qatlanmaya tab gətirə bilir. Bununla yanaşı şirkət xarici ekran üçün xüsusi interfeys hazırlayıb və onun vasitəsilə smartfonun demək olar bütün funksiyalarından faydalanmaq mümkündür. Üstəlik xarici ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. OPPO Find N3 Flip-in digər bir fərqləndirici tərəfi də onun kəınar hissəsinə smartfonun səssiz rejimə keçirilməsi düyməsinin yerləşdirilməsidir. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir.
Əsas texniki göstəricilərə gəldikdə isə OPPO Find N3 Flip smartfonu MediaTek Dimensity 9200 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, 84 dərəcə bucaq əhatəsi, avtofokus, optik stabilizasiya) + 48 MP (f/2.2 diafraqma, 114 dərəcə bucaq əhatəsi, avtofokus) + 32 MP (f/2.0 diafraqma, 49 dərəcə bucaq əhatəsi, avtofokus) üçlü arxa kamera, 32 MP-lik (f/2.4 diafraqma, 90 dərəcə bucaq əhatəsi) ön kamera və 44 vatt gücündə sürətli şarj texnologiyalı 4303 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO Find N3 Flip hələ ki, Çin bazarında satışa çıxacaq. Lakin OPPO Find N2 Flip-in vaxtı ikən qlobal bazarda satışa çıxdığını nəzərə alsaq, yeni smartfon üçün də bunun olma ehtimalı yüksəkdir. OPPO Find N3 Flip-in Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
- 256 GB yaddaşa sahib versiya - 933$
- 512 GB yaddaşa sahib versiya - 1043$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!