OPPO Find N5-in nə dərəcədə nazik gövdəyə sahib olacağı sərgilənib
Cihazlar+
21.01.2025
Emil
Biz biraz əvvəl xəbər verdik ki, OPPO-nun təqdimata hazırlaşan yeni qatlana bilən OPPO Find N5 smartfonu Geekbench testlərindən keçib. İndi isə sözügedən smartfonun yeni fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda OPPO Find N5-in nə dərəcədə nazik gövdəyə sahib olacağı sərgilənib. Fotolardan birində OPPO Find N5-in gövdə qalınlığı iPhone 16 Pro-nun gövdə qalınlığı ilə müqayisə edilib. Qeyd etmək lazımdır ki, iPhone 16 Pro-nun gövdə qalınlığı 8.3 mm təşkil edir.
OPPO Find N5-in tam açıq vəziyyətdə gövdə qalınlığı isə iPhone 16 Pro-nun USB-C girişinin qalınlığından cüzi böyükdür. Bu isə OPPO Find N5-i dünyanın hal-hazırda ən nazik gövdəli qatlana bilən smartfonu edir. Bəzi məlumatlara əsasən nazik gövdəyə sahib olacağına baxmayaraq OPPO Find N5 böyük həcmli batareyanı və sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, OPPO-nun bu yeni qatlana bilən smartfonu Snapdragon 8 Elite prosessorunun 7 nüvəli versiyası vasitəsilə çalışmalıdır.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Qatlana bilən OPPO Find N5 smartfonu Geekbench testlərindən keçib
OPPO şirkəti yaxın zamanda yeni qatlana bilən smartfonunu təqdim etməlidir. Söhbət, OPPO Find N5 smartfonundan gedir. İndi isə məlum olub ki, sözügedən yeni qatlana bilən smartfon Geekbench testlərindən keçib.
Cihazlar+
OPPO Find X8 Mini smartfonunun bəzi əsas texniki imkanları təqdim edilib
Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan kompakt ölçülü OPPO Find X8 Mini smartfonu barəsində yeni təfərrüatları bölüşüb.
Cihazlar+
Qatlana bilən OPPO Find N5 smartfonunun render fotosu təqdim edilib
Son bir neçə gün ərzində qatlana bilən OPPO Find N5 smartfonu barəsində bir çox məlumat ortaya çıxıb. İndi isə insayderlər bu smartfonun render fotosunu təqdim ediblər.
Cihazlar+
Orta büdcəli OPPO A5 2025-in render fotoları və texniki imkanları təqdim edilib
Çinin TENAA adlı sertifikatlaşdırma agentliyi OPPO tərəfindən hazırlanan orta büdcəli OPPO A5 2025 smartfonunun render fotolarını və texniki imkanlarını təqdim edib.
Cihazlar+
Qatlana bilən OPPO Find N5 smartfonunun real fotosu ortaya çıxıb
Dünən OPPO şirkəti hələ təqdim olunmamış qatlana bilən OPPO Find N5 smartfonunun ilk tizer fotosunu təqdim etdi. Təqdim edilmiş tizer fotoda smartfonun nə dərəcədə nazik gövdəyə sahib olacağı sərgilənmişdi.
Ən çox oxunanlar