main-post-cover

    OPPO Find X7 smartfonlarından birinin ilk rəsmi fotosu təqdim edilib

    Cihazlar+
    18.12.2023
    Emil Nəcəfov
         İnsayderlər OPPO şirkətinin təqdimata hazırlaşan OPPO Find X7 smartfon seriyasına daxil olacaq modellərdən birinin rəsmi fotosunu təqdim ediblər. Belə qənaətə gəlmək olar ki, təqdim edilmiş fotoda ya OPPO Find X7 Pro ya da OPPO Find X7 Ultra əks olunub. Bununla yanaşı fotodan da görmək olar ki, smartfonun gövdəsi iki müxtəlif rəngə sahib olacaq. Smartfonun arxa panelində böyük ölçülü dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 4 ədəd kamera obyektivi olacaq. Arxa panelin süni dəri ilə əhatə olunacağı gözlənilir. Gözləntilərə əsasən həm OPPO Find X7 Pro həm də OPPO Find X7 Ultra 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. OPPO Find X7 smartfon seriyasının gələn ilin əvvəlində təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder OPPO Fİnd X7-in kamera göstəricilərini açıqlayıb
    meshur-insayder-oppo-find-x7-in-kamera-gostericilerini-aciqlayib
    OPPO Find X7 Pro-nun ekran özəllikləri açıqlanıb
    oppo-find-x7-pro-nun-ekran-ozellikleri-aciqlanib
    Məşhur insayder OPPO Find X7 barəsində yeni məlumatlar verib
    meshur-insayder-oppo-find-x7-baresinde-yeni-melumatlar-verib
    OPPO Find X7 Pro-nun yeni real fotoları ortaya çıxıb
    oppo-find-x7-pro-nun-yeni-real-fotolari-ortaya-cixib
    OPPO Reno 11-in qlobal versiyasının hansı prosessoru əldə edəcəyi məlum olub
    oppo-reno-11-in-qlobal-versiyasinin-hansi-prosessoru-elde-edeceyi-melum-olub