
OPPO iki yeni planşet üzərində çalışır
Cihazlar+
17.12.2024
Emil
OPPO şirkəti keçən ayın sonunda orta büdcəli OPPO Pad 3 planşetini təqdim etdi. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən şirkət iki yeni planşet üzərində çalışır. Söhbət, OPPO Pad 3 Ultra və Pad 3 mini adlı planşetlərdən gedir. İnsayder bildirib ki, OPPO Pad 3 Ultra planşeti böyük ölçülü OLED ekrana sahib flaqman planşet olacaq. Bununla yanaşı bu model özündə barmaq izi skanı texnologiyasını, böyük həcmli batareyanı və 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək.
OPPO Pad 3 mini planşetinə gəldikdə isə insayder bildirib ki, o, flaqman səviyyəli kompakt ölçülü planşet olacaq. Məlumatda qeyd edilib ki, OPPO Pad 3 mini yüksək təsvir yenilənməsinə sahib LCD ekranı əldə etməlidir. Bununla yanaşı gözləntilərə əsasən bu planşet MediaTek Dimensity 9 seriyasına daxil olan prosessorlardan biri vasitəsilə çalışacaq. İnsayderin sözlərinə əsasən bu planşetlər 2025-ci ilin ikinci və ya üçüncü rübündə təqdim olunacaqlar.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
