
OPPO K12-nin render fotosu təqdim edilib
Cihazlar+
17.04.2024
Farid
Biraz əvvəl məlum oldu ki, OPPO K12 smartfonu Geekbench testlərindən keçib. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfonun render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoya əsasən OPPO K12 xarici görünüşcə OnePlus Nord CE4 smartfonuna bənzəyəcək. Fotodan da görmək olar ki, OPPO K12-nin arxa panelində iki ədəd kamera və dairəvi formaya sahib LED işıqlandırma yerləşəcək. Qeyd etmək lazımdır ki, OPPO K12-nin 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranı əldə edəcəyi və Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Smartfon yaxın zamanda təqdim olunmalıdır.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
