Logo
    main-post-cover

    OPPO K12 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    17.04.2024
    Farid
         OPPO şirkəti keçən il büdcəli OPPO K11 smartfonunu təqdim etmişdi və indi onun davamçısı olacaq OPPO K12 üzərində çalışır. Məlum olub ki, OPPO K12 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən OPPO K12 smartfonu Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən bu smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Bundan əlavə olaraq Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. OPPO K12 smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 1134 xal, çox nüvəli testi çərçivəsində isə 2975 xal toplayıb.
    Paylaş