main-post-cover

    OPPO Reno 11-in qlobal versiyasının hansı prosessoru əldə edəcəyi məlum olub

    Cihazlar+
    30.11.2023
    Emil Nəcəfov
         Bir neçə müddət bundan öncə OPPO şirkəti Çində Reno 11 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya OPPO Reno 11 və Reno 11 Pro modelləri daxil oldular. İndi isə şirkət Reno 11 modelinin qlobal bazarda təqdimatına hazırlaşır. Məlum olub ki, OPPO Reno 11 smartfonu bir neçə beynəlxalq tənzimləyici orqanda sertifikatlaşdırmadan keçib. Bunun sayəsində OPPO Reno 11-in qlobal versiyasının Çində satılan versiyadan nə ilə fərqlənəcəyi məlum olub. Beləliklə tənzimləyici orqanlardakı məlumatlara əsasən OPPO Reno 11-in qlobal versiyası MediaTek Dimensity 1080 prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, smartfonun Çində satılan versiyası MediaTek Dimensity 8200 prosessoru vasitəsilə çalışır. OPPO Reno 11-in qlobal versiyasının nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Pad Air 2 planşeti təqdim edilib - QİYMƏTİ
    oppo-pad-air-2-planseti-teqdim-edilib-qiymeti
    OPPO Reno 11 və Reno 11 Pro təqdim olunub - QİYMƏTİ
    oppo-reno-11-ve-reno-11-pro-teqdim-olunub-qiymeti
    OPPO Pad Air 2 planşetinin satış qiymətləri məlum olub
    oppo-pad-air-2-plansetinin-satis-qiymetleri-melum-olub
    OPPO Find X7-nin əldə edəcəyi kameralar məlum olub
    oppo-find-x7-nin-elde-edeceyi-kameralar-melum-olub
    OPPO Pad Air 2 planşetinin render fotoları təqdim edilib
    oppo-pad-air-2-plansetinin-render-fotolari-te