main-post-cover

    OPPO Reno 11 və Reno 11 Pro təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    23.11.2023
    Emil Nəcəfov
         OPPO şirkəti daha öncədə söz verdiyi kimi Reno 11 smartfon seriyasını təqdim edib. Sözügedən smartfon seriyasına iki model daxil olub. Reno 11 və Reno 11 Pro. İlk növbədə qeyd etmək lazımdır ki, hər iki smartfon xarici görünüşcə bir-birinə bənzəyir. Onlar sadəcə olaraq texniki göstəricilər baxımından bir-birilərindən fərqlənirlər. Hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym AMOLED ekranla təchiz olunub. Reno 11 modelində ekranın maksimal parlaqlıq səviyyəsi 950 nit, Reno 11 Pro modelində isə ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Bunun yanaşı Reno 11 modelinin ekranı 2412x1080 piksel keyfiyyətində, Reno 11 Pro modelinin ekranı isə 2772x1240 piksel keyfiyyətindədir. Hər iki modeldə ekran kənarları əyilmiş dizaynda reallaşdırılıb.
         Smartfonlar həmçinin özlərində kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və stereo səsgücləndiriciləri birləşdirirlər. Reno 11-in əsas texniki göstəricilərinə gəldikdə o, MediaTek Dimensity 8200 prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.88 diafraqma, avtofokus, optik stabilizasiya, 79 dərəcə bucaq əhatəsi) + 8 MP (f/2.4 diafraqma, 112 dərəcə bucaq əhatəsi) + 32 MP (f/2.0 diafraqma, 39 dərəcə bucaq əhatəsi, 2 qat optik zoom, 20 qat rəqəmsal zoom) üçlü arxa kamera, 32 MP-lik ön kamera (f/2.4 diafraqma, avtofokus, 90 dərəcə bucaq əhatəsi) ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
         Reno 11 Pro modeli isə Snapdragon 8+ Gen 1 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi və 80 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Reno 11 Pro-nun kameraları adi Reno 11 ilə eynidir. Smartfonlar 1 dekabr tarixində Çində satışa çıxacaqlar. Onların qlobal bazarda nə zaman satılacaqları abrəsində məlumat isə daha sonra veriləcək. OPPO Reno 11 ilə Reno 11 Pro-nun Çin bazarındakı satış qiyməltəri aşağıdakı kimi olacaq.
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib OPPO Reno 11 - 349$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib OPPO Reno 11 - 391$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib OPPO Reno 11 - 422$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib OPPO Reno 11 Pro - 493$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib OPPO Reno 11 Pro - 535$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Pad Air 2 planşetinin satış qiymətləri məlum olub
    oppo-pad-air-2-plansetinin-satis-qiymetleri-melum-olub
    OPPO Find X7-nin əldə edəcəyi kameralar məlum olub
    oppo-find-x7-nin-elde-edeceyi-kameralar-melum-olub
    OPPO Pad Air 2 planşetinin render fotoları təqdim edilib
    oppo-pad-air-2-plansetinin-render-fotolari-te
    OPPO Reno 11-in bəzi özəllikləri AnTuTu testləri sayəsində təsdiqlənib
    oppo-reno-11-in-bezi-ozellikleri-antutu-testleri-sayesinde-tesdiqlenib
    OPPO Pad Air 2 planşetinin təqdimatı anons edilib
    oppo-pad-air-2-plansetinin-teqdimati-anons-edilib