Orange və Morrison Fransada məlumat mərkəzlərinə 3 milyard avro yatıracaq
Fransanın telekommunikasiya nəhəngi Orange və Yeni Zelandiyada yerləşən infrastruktur investisiya şirkəti Morrison Fransada iri məlumat mərkəzi platforması yaratmaq üçün əməkdaşlığa hazırlaşır. Tərəflər layihə ilə bağlı eksklüziv razılaşma imzalayıblar və yeni şirkətə ümumilikdə 3 milyard avro investisiya yatırılması planlaşdırılır. Razılaşmaya əsasən, Orange Fransada fəaliyyət göstərən 5 məlumat mərkəzini yeni yaradılacaq birgə şirkətə verəcək. Morrison isə platformanın genişləndirilməsi üçün kapital təmin edəcək. Yeni şirkət hər iki tərəfin ortaq nəzarətində fəaliyyət göstərəcək.
Layihənin əsas hədəfi məlumat mərkəzlərinin ümumi gücünü 400 MVt-a çatdırmaqdır. Bu göstərici Orange-ın hazırda idarə etdiyi məlumat mərkəzi gücündən təxminən 10 dəfə çoxdur. Yeni infrastruktur xüsusilə sürətlə artan bulud xidmətləri və süni intellekt sistemlərinin hesablama tələbatını qarşılamaq üçün nəzərdə tutulub. Orange və Morrison layihəni Avropanın rəqəmsal suverenliyinin gücləndirilməsi istiqamətində mühüm addım kimi təqdim edir. Məqsəd Avropa şirkətlərinin məlumat və hesablama infrastrukturu baxımından ABŞ-nin AWS, Microsoft Azure və Google Cloud kimi böyük bulud platformalarından asılılığını azaltmağa töhfə verməkdir.
Paylaş
Bənzər xəbərlər
