main-post-cover

    Orta büdcəli Honor X8b smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.12.2023
    Emil Nəcəfov
         Honor şirkəti Honor X8b adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon Honor X8-in bir qədər təkmilləşdirilmiş versiyasıdır. Beləliklə Honor X8b smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2412x1080 piksel keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir. Ekran üzərində həmçinin oval formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Əsas texniki göstəricilər baxımından Honor X8b smartfonu Snapdragon 680 prosessoru, 8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 108 MP + 5 MP + 2 MP üçlü arxa kamera, 50 MP-lik ön kamera və 35 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X8b artıq Səudiyyə Ərəbistanında satışa çıxıb və orda onun qiyməti 240$-dan start götürür. Smartfonun daha hansı regionlarda satışa çıxacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 Porsche Design-ın sxem fotosu təqdim edilib
    honor-magic-6-porsche-design-in-sxem-fotosu-teqdim-edilib
    HONOR X9b rəsmi olaraq Azərbaycanda təqdim edildi!
    honor-x9b-resmi-olaraq-azerbaycanda-teqdim-edildi
    Honor şirkəti yeni planşeti Honor Pad 9-un təqdimatını anons edib
    honor-sirketi-yeni-plnaseti-honor-pad-9-un-teqdimatini-anons-edib
    Honor 90 GT-nin təqdimatı rəsmi şəkildə anons edilib
    honor-90-gt-nin-teqdimati-resmi-sekilde-anons-edilib
    Honor şirkəti Porsche Design ilə birgə öz smartfonlarının xüsusi versiyalarını hazırlayacaq
    honor-sirketi-porsche-design-ile-birge-oz-smartfonlarinin-xususi-versiyalarini-hazirlayacaq