main-post-cover

    Orta büdcəli Motorola S50 Neo təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.06.2024
    Farid Pardashunas
         Motorola şirkəti yeni qatlana bilən qapaqlı Razr 50 və Razr 50 Ultra smartfonlarından əlavə olaraq yeni orta büdcəli smartfonunu da təqdim edib. Söhbət, Motorola S50 Neo-dan gedir. Beləliklə Motorola S50 Neo smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü pOLED ekranla təchiz olunub. Ekranın kənarları əyilmiş dizaynda hazırlanıb. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
         Smartfon Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Motorola S50 Neo 50 MP + 8 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Motorola S50 Neo artıq Çində satışa çıxıb. Onun Çindəki qiymətləri aşağıdakı kimidir. Çox güman ki, sözügedən smartfon qlobal bazarda Moto G85 adı altında satışa çıxacaq.
    - 8 GB RAM + 256 GB yaddaş - 192$
    - 12 GB RAM + 256 GB yaddaş - 220$
    - 12 GB RAM + 512 GB yaddaş - 261$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni qatlana bilən qapaqlı Motorola Razr 60 və Razr 50 Ultra smartfonları təqdim edilib - QİYMƏTİ
    yeni-qatlana-bilen-qapaqli-motorola-razr-60-ve-razr-50-ultra-smartfonlari-teqdim-edilib-qiymeti
    Təqdimata hazırlaşan Motorola Razr 50 Ultra smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-motorola-razr-50-ultra-smartfonu-geekbench-testlerinden-kecib
    Qatlana bilən qapaqlı Moto Razr 50 smartfonlarının təqdimatları anons edilib
    qatlana-bilen-qapaqli-moto-razr-50-smartfonlarinin-teqdimatlari-anons-edilib
    Orta büdcəli Moto G85 smartfonunun əsas texniki imkanları məlum olub
    orta-budceli-moto-g85-smartfonunun-esas-texniki-imkanlari-melum-olub
    Motorola Edge (2024) smartfonu təqdim edilib - QİYMƏTİ
    motorola-edge-2024-smartfonu-teqdim-edilib-qiymeti