main-post-cover

    Orta büdcəli OnePlus Nord N30 SE smartfonu təqdim edilib

    Cihazlar+
    29.01.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti heç gözlənilmədən öz saytında Nord seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, OnePlus Nord N30 SE-dən gedir. Bu orta büdcəli smartfon böyük ölçülü ekranı, MediaTek prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə OnePlus Nord N30 SE smartfonu 2400х1080 piksel keyfiyyətli 6.72 düym LCD ekranla təchiz olunub. Ekranın hansı göstəricidə təsvir yenilənməsinə sahib olduğu qeyd edilməyib. Smartfonda barmaq izi skanı texnologiyası olsa da, onun ekrana və ya yandırıb/söndürmə düyməsinə inteqrasiya edildiyi barəsində də məlumat verilməyib.
         Bununla belə məlumdur ki, smartfon MediaTek Dimensity 6020 prosessoru vasitəsilə çalışır və özündə 4 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusuna gəldikdə isə OnePlus Nord N30 SE 50 MP + 2 MP ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon həmçinin 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. OnePlus Nord N30 SE özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir və Android 13 vasitəsilə çalışır. Smartfonun nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Ace 3V smartfonunun texniki göstəriciləri açıqlanıb
    oneplus-ace-3v-smartfonunun-texniki-gostericileri-aciqlanib
    Qlobal bazarda OnePlus 12, OnePlus 12R və OnePlus Buds 3 təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-oneplus-12-oneplus-12r-ve-oneplus-buds-3-teqdim-edilib-qiymeti
    OnePlus Buds 3 naqilsiz qulaqlığı qlobal bazarda satışa çıxacaq
    oneplus-buds-3-naqilsiz-qulaqligi-qlobal-bazarda-satisa-cixacaq
    OnePlus Nord 30 SE 5G smartfonu təqdimata hazırlaşır
    oneplus-nord-30-se-5g-smartfonu-teqdimata-hazirlasir
    Məşhur insayder OnePlus 12R-in yeni render fotolarını təqdim edib
    meshur-insayder-oneplus-12r-in-yeni-render-fotolarini-teqdim-edib