Logo
    main-post-cover

    Orta büdcəli OPPO F27 Pro+ smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    13.06.2024
    Emil
         OPPO şirkəti OPPO F27 Pro+ adlı yeni smartfonunu təqdim edib. Orta büdcəli bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə OPPO F27 Pro+ smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 950 nit təşkil edir və o, Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP69 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         OPPO F27 Pro+ smartfonu MediaTek Dimensity 7050 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. kameralar mövzusunda smartfon 64 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. OPPO F27 Pro+ qutudan Android 14 vasitəsilə çalışır. Smartfon artıq satışa çıxıb. Onun 128 GB yaddaşa sahib versiyası 335$-a, 256 GB yaddaşa sahib versiyası isə 359$-a satılır.
    Paylaş