
Orta büdcəli OPPO K12 smartfonunun texniki imkanları açıqlanıb
Cihazlar+
06.03.2024
Emil
Bir neçə müddət bundan öncə məlum oldu ki, OPPO şirkəti K12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan bu yeni smartfonun texniki göstəriciləri barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən OPPO K12 smartfonu 6.7 düym ölçülü ekrana sahib olacaq. Smartfon Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM ilə 512 GB daxili yaddaş həcmini birləşdirəcək. Bununla yanaşı insayder bildirib ki, OPPO K12 smartfonu 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 16 MP-lik ön kameraya sahib olacaq.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
