main-post-cover

    Orta büdcəli Redmi 13 4G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.06.2024
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi qlobal bazarda yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Redmi 13 4G-dən gedir. Bu yeni smartfon Redmi 12 4G-nin davamçısıdır. Redmi-nin bu yeni orta büdcəli smartfonu böyük ölçülü ekranı, MediaTek prosessorunu, böyük həcmli batareyanı əldə edib və onun gövdəsi üstəlik sudan qorunma özəlliyinə sahibdir. Beləliklə Redmi 13 4G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym ölçülü LCD ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Redmi 13 4G-nin gövdəsi IP53 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip ilə naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfon MediaTek Helio G91 Ultra prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 108 MP + 2 MP ikili arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Redmi 13 4G smartfonu 33 vatt gücündə sürətli şarj texnologiyalı 5030 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 əsaslı HyperOS vasitəsilə çalışır. Redmi 13 4G Avropanın artıq bəzi ölkələrində satışa çıxıb. Onun 6 GB RAM-a və 128 GB yaddaşa sahib versiyası 200 avroya, 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası isə 230 avroya satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14 CIVI-nin texniki göstəriciləri məlum olub
    xiaomi-14-civi-nin-texniki-gostericileri-melum-olub
    Xiaomi 15 smartfonlarının kamera imkanları barəsində təfərrüatlar verilib
    xiaomi-15-smartfonlarinin-kamera-imkanlari-baresinde-teferruatlar-verilib
    Xiaomi CIVI 4 Pro-nun qlobal versiyasının təqdimatı anons edilib
    xiaomi-civi-4-pro-nun-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    POCO M6 Plus 5G smartfonu təqdimata hazırlaşır
    poco-m6-plus-5g-smartfonu-teqdimata-hazirlasir
    Redmi Note 14 Pro barəsində ilk məlumatlar verilib
    redmi-note-14-pro-baresinde-ilk-melumatlar-verilib