
Orta büdcəli REDMI Note 15 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi büdcəli REDMI Note 15 ilə yanaşı orta büdcəli REDMI Note 15 Pro smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və olduqca böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI Note 15 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772x1280 piksel keyfiyyətli 6.83 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Üstəlik ekran Xiaomi Dragon Crystal Glass adlı qoruyucu şüşə ilə əhatə olunub.

Smartfonun gövdəsi IP66/68/69/69K standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 7400-Ultra prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI Note 15 Pro özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 20 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI Note 15 Pro artıq Çində satışa çıxıb və onun qiyməti 194$-dan start götürür.
Paylaş