main-post-cover

    Orta büdcəli Samsung Galaxy A16 5G təqdim edilib

    Cihazlar+
    07.10.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy A seriyasının yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy A16 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Exynos prosessorunu və böyük həcmli batareyanı əldə edib. Üstəlik sözügedən smartfon Samsung-un uzunmüddəıtli dəstəyə sahib ilk orta büdcəli smartfonu oldu. Beləliklə Galaxy A16 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub. Smartfon Exynos 1330 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 128 GB (1.5 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda smartfon 50 MP + 5 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Galaxy A16 5G smartfonu 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Samsung bildirib ki, bu yeni smartfon 6 il ərzində Android və təhlükəsizlik dəstəyinə sahib olacaq. Yəni smartfon 2030-cu ilə qədər dəstəklənəcək və perspektivdə hətta Android 20-ni də əldə edəcək. Galaxy A16 5G-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google və Samsung birgə Ray Ban Meta smart eynəyinin rəqibini hazırlayırlar
    google-ve-samsung-birge-ray-ban-meta-smart-eyneyinin-reqibini-hazirlayirlar
    Samsung Galaxy A16 4G və A16 5G-nin texniki imkanları açıqlanıb
    samsung-galaxy-a16-4g-ve-a16-5g-nin-texniki-imkanlari-aciqlanib
    OneUI 7.0 istifadəçi interfeysi gözlənildiyindən daha gec istifadəyə veriləcək
    oneui-70-istifadeci-interfeysi-gozlenildiyinden-daha-gec-istifadeye-verilecek
    Samsung Galaxy S25 Ultra-nın maketinin fotosu ortaya çıxıb
    samsung-galaxy-s25-ultra-nin-maketinin-fotosu-ortaya-cixib
    Samsung Galaxy A56 smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-a56-smartfonu-geekbench-testlerinden-kecib