Logo
    main-post-cover

    Orta büdcəli Samsung Galaxy A17 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.08.2025
    Emil
         Samsung öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy A17 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Galaxy A17 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit təşkil edir və o, Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi IP54 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Smartfon Exynos 1330 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy A17 5G özündə 50 MP + 5 MP + 2 MP üçlü arxa kameranı və 13 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Samsung bildirib ki, bu yeni smartfon 6 il ərzində Android və təhlükəsizlik dəstəyini əldə edəcək. Galaxy A17 5G artıq satışa çıxıb və onun qiyməti 240 avrodan start götürür.
    Paylaş