Logo
    main-post-cover

    Orta büdcəli Samsung Galaxy M55s smartfonu təqdimata hazırlaşır

    Cihazlar+
    11.07.2024
         Samsung şirkəti yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy M55s-dən gedir. İndi isə məlum olub ki, sözügedən smartfon Wi-Fi Alliance təşkilatında sertifikatlaşdırmadan keçib. Bu isə Galaxy M55s-in yaxın zamanda təqdim olunacağına işarə edir. Qeyd etmək lazımdır ki, Galaxy M55s smartfonu Galaxy M seriyasının uzun fasilədən sonra ilk s versiyalı modeli olacaq. Belə ki, Galaxy M52, M53 M54 smartfonları s versiyaya sahib deyillər. Gözləntilərə əsasən Galaxy M55s smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranı əldə edəcək və Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 50 MP-lik əsas arxa kamera ilə 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirə bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Orta büdcəli Samsung Galaxy M55s smartfonu təqdimata hazırlaşır | Technote