
Orta büdcəli Sony Xperia 10 VII smartfonu təqdim edilib - QİYMƏTİ
Sony şirkəti orta büdcəli Xperia 10 VII smartfonunu təqdim edib. Bu yeni smartfon kompakt ölçülü ekranı, Snapdragon prosessorunu və orta həcmli batareyanı əldə edib. Smartfon xarici görünüşcə Sony-nin daha öncəki smartfonlarından az fərqlənir. O, 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym ölçülü OLED ekranla təchiz olunub. Ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub.

Onun gövdəsi isə IPX5/IPX8 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 6 Gen 3 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128 GB (2 TB-a kim microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Xperia 10 VII özündə 50 MP + 13 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xperia 10 VII bu ayın sonuna yaxın satışa çıxacaq və onun qiyməti 449 avro təşkil edəcək.
Paylaş