
Peyk rabitəsi dəstəyini əldə edəcək daha bir Xiaomi smartfonunun adı bəlli olub
Cihazlar+
15.02.2024
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti yaxın zamanda təqdim olunacaq Xiaomi 14 Ultra smartfonuna peyk rabitəsi dəstəyini əlavə edəcək. Bundan əlavə olaraq məlumatda qeyd edilmişdi ki, peyk rabitəsi dəstəyini Xiaomi-nin yeni qatlana bilən smartfonları da əldə edəcəklər. İndi isə peyk rabitəsi özəlliyini əldə edəcək daha bir Xiaomi smartfonunun adı məlum olub. Söhbət, Xiaomi Civi 4-dən gedir. Bu barədə məlumat Çinin MIIT adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında qeyd edilib. Məlumatlarda həmçinin qeyd edilib ki, Xiaomi Civi 4 smartfonu 5G dəstəyinə sahib olacaq. Gözləntilərə əsasən Xiaomi Civi 4 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək və MediaTek Dimensity 8300 Ultra prosessoru vasitəsilə çalışacaq. Smartfonun yaz fəslində təqdim olunacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
