Playstation 5 Pro-nun texniki göstəriciləri ortaya çıxıb
Cihazlar+
12.12.2023
Emil Nəcəfov
Hələ təqdim edilməmiş Playstation 5 Pro oyun konsolunun texniki göstəriciləri internetdə ortaya çıxıb. Ortaya çıxmış məlumata əsasən Playstation 5 Pro konsolu Zen 2 arxitekturası əsasında hazırlanmış 4 nanometrlik prosessor vasitəsilə çalışacaq və prosessorun maksimal çalışma tezliyi 4.4 GHz təşkil edəcək. Bundan əlavə olaraq prosessor özündə 64 KB-lıq L1 keş yaddaşını, 512 KB-lıq L2 keş yaddaşını və 8 MB-lıq L3 keş yaddaşını birləşdirəcək. Konsolun RDNA 3 əsasında hazırlanmış GFX111 adlı qrafik prosessoru ray tracing mövzusunda yeniliklər əldə edəcək.
Bunun üçün qrafik prosessor RDNA 4-ün bəzi funksiyalarını özündə birləşdirəcək. Məlumatda qeyd edilib ki, qrafik prosessor 2.0 GHz tezlikdə çalışacaq, 56 ədəd hesablayıcı blokdan (CU) və 224 ədəd tekstur blokundan (TMU) təşkil olunacaq və performansı 28.67 TFLOPS-a (teraflops) kimi olacaq. Ortaya çıxmış məlumatlarda qeyd edilib ki, Playstation 5 Pro 4K keyfiyyətində 30fps performans sərgiləyə bilər. Playstation 5 Pro-nun gələn il təqdim ediləcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Flaqman smartfonlar üçün Sony Lytia LYT-900 adlı yeni kamera sensoru təqdim edilib
Flaqman smartfonlar üçün Sony Lytia LYT-900 adlı yeni kamera sensoru təqdim edilib
Sony şirkəti smartfonlar üçün nəzərdə tutulmuş yeni kamera sensorunu təqdim edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!