Logo
    main-post-cover

    PlayStation-da yeni qayda: Oyunlar üçün yalnız ilkin onlayn təsdiq kifayətdir

    Cihazlar+
    30.04.2026
    Sabina
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Sony son günlərdə PlayStation 5 və PlayStation 4 istifadəçiləri arasında yayılan DRM (rəqəmsal hüquqların idarə edilməsi) ilə bağlı narahatlıqlara rəsmi aydınlıq gətirib. Şirkət bildirib ki, oyunların istifadəsi üçün aylıq onlayn yoxlama tələb olunmur.
    Sony reveals first PlayStation 5 details | Eurogamer.net
        Məsələ ilk olaraq kontent yaradıcısı Modded Hardware tərəfindən ortaya atılıb. Onun paylaşdığı məlumatlara görə, yeni sistem istifadəçilərdən hər 30 gündən bir internetə qoşularaq oyun lisenziyasını təsdiqləməyi tələb edirmiş kimi görünürdü. Sosial şəbəkələrdə yayılan ekran görüntülərində isə 2026-cı ilin martından sonra alınan oyunlarda 30 günlük sayğacın olduğu iddia edilirdi. Lakin Sony bu iddiaları təkzib edib. Şirkət nümayəndəsi açıqlamasında qeyd edib ki, oyun alındıqdan sonra yalnız bir dəfəlik onlayn yoxlama aparılır və bundan sonra əlavə yoxlamaya ehtiyac qalmır. İstifadəçilər aldıqları oyunları əvvəlki kimi problemsiz şəkildə oynamağa davam edə bilərlər.
        Bununla belə, bu dəyişikliklərin səbəbi rəsmi şəkildə açıqlanmayıb. Ehtimal olunur ki, yeni sistem bəzi istifadəçilərin jailbreak edilmiş PlayStation 4 cihazları vasitəsilə lisenziyaları qeyri-qanuni şəkildə çıxarmasının qarşısını almaq üçün tətbiq edilir.
     
    Paylaş