Logo
    main-post-cover

    POCO F7 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    12.06.2025
    Emil
         Xiaomi-nin POCO brendi mart ayında qlobal bazarda POCO F7 Pro və F7 Ultra smartfonlarını təqdim etmişdi. İndi isə brend qlobal bazarda adi POCO F7 modelini təqdim etməyə hazırlaşır. Məlum olub ki, adi POCO F7 modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Geekbench-in məlumatlar bazasına əsasən POCO F7-nin prosessoru özündə 1 ədəd 3.21 GHz tezlikli nüvəni, 3 ədəd 3.0 GHz tezlikli nüvəni, 2 ədəd 2.80 GHz tezlikli nüvəni və 2 ədəd 2.02 GHz tezlikli nüvəni birləşdirir. Bu göstəricilər isə Snapdragon 8s Gen 4 prosessoruna işarə edirlər. Geekbench testlərindən POCO F7-nin 12 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı məlum olub ki, bu yeni smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə POCO F7 smartfonu Geekbench-in birnüvəli testi çərçivəsində 1937 xal, çoxnüvəli testi çərçivəsində isə 6021 xal toplayıb.
    Paylaş